Foreks bazarlarında dolların ucuzlaşması

29 Aprel 2020

Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, digər maliyyə aktivlərinin dəyər qazanmasına səbəb olur.

Foreks bazarlarında dolların ucuzlaşması

Beynəlxalq valyuta birjalarında məzənnələrin dolların tendensiyasından asılı olaraq dalğalandığının şahidi oluruq. Amerika dollarının aparıcı valyutalara nisbətən qiymətləri isə bu gün Bakı vaxtı ilə saat 16:30-da ölkənin iqtisadi inkişaf göstəricisinin açıqlanması və saat 22:00-da FED-in gələcək monetar siyasətinin elan edilməsi öncəsi ucuzlaşmaqdadır. 

Beləliklə, avro (1.0848$) və funt sterlinqin (1.2478$) də qiymətlərində bahalaşma davam edir. Enerji birjalarında da neft (20.73$) və qazın (1.94$) qiymətində məhdud olsa da bahalaşma müşahidə edilir. 

Kriptovalyuta birjalarında da Bitkoin (7890$), Laytkoin (46$), Etereum (202$), Riplin 0.21$) qiymətlərində dəyər qazanma davam edir.