1.4% bahalaşan USDZAR, 13.98 randa kimi sürətlənə bilər

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rand valyuta cütlüyünün qiymətində müşahidə edilən günün artım dalğası, 13.98 səviyyələrinə kimi sürətlənə bilər.

1.4% bahalaşan USDZAR, 13.98 randa kimi sürətlənə bilər

Gün ərzində 13.7069 səviyyəsində dəstək görən USD/ZAR məzənnəsi gün ərzində 1.4% bahalaşaraq, hal-hazırda 13.8752 randa ticarət edilməkdədir. 


Təhlillərə əsasən, Dollar/Rand valyuta cütlüyünün qiyməti günün dəstək səviyyəsi üzərində qaldıqca, 13.9800 randa kimi də bahalaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikadan açıqlanacaq inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.