1% ucuzlaşan dollar indeksi, 0.6% də ucuzlaşa bilər

23 Noyabr 2017

"FED"-in inflyasiya narahatlığı, beynəlxalq valyuta birjalarında dolların ucuzlaşmasına təsir edib.

1% ucuzlaşan dollar indeksi, 0.6% də ucuzlaşa bilər

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının ("FED") inflyasiya narahatlığı ilə bağlı açıqlaması, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1% ucuzlaşmasına təsir edib və əlavə olaraq 0.6% da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Nəticədə EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi 1.33$-dan çox bahalaşdı. Türkiyə maliyyə bazarlarında isə dollar 3.91TL-ə kimi ucuzlaşıb.

Qızılın qiymətində yeni artım dalğası. 

Bununla yanaşı, dolların ucuzlaşması əlvan metallar bazarlarında qızılın da bahalaşmasına təsir edib. Belə ki, qızılın bir unsiya üzrə qiyməti yenidən 1294$-a kimi dəyər qazanıb. Burada da qiymət 1297$-a kimi bahalaşarsa, artım dalğası 1309$-a kimi sürətlənə bilər.