500-lük avroların emissiyası bu həftə dayandırılır

22 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonada emissiya edilən 500-lük əsginazların dayandırılması tarixi investorların diqqət mərkəzində.

500-lük avroların emissiyası bu həftə dayandırılır

Avropada 500 avroluq əsginazların dövriyyə buraxılmasının dayanmasına sayılı günlər qalıb. Bu həftənin cümə gününə kimi bənövşəyi rəngli əsginaslar Almaniya və Avstriya mərkəzi banklarından əldə edilə bilər. Emissiyanın dayandırılmasına həftələr qalmış güclü tələb olmayıb, deyə Bundesbankın idarə heyəti üzvü Yohannes Beerman məlumat verib. Almaniyada isə tələb ilin əvvəlindən stabil olaraq qalır. 


Avrozonanın digər 17 mərkəzi bankları isə emissiyanı yanvar ayının 26-da dayandırmışdılar. 


Qeyd etmək lazımdır ki, Avropa mərkəzi bankı (AMB) 2016-ci ilin may ayında 500-lük əsginazların istehsalını 2018-ci ilin sonuna kimi dayandırılması qərarını vermişdi. Bu, terrorun və qara bazarın maliyyələşməsinin qarşısını almaq üçündür.