19.5.2020 AB 2027-ci il büdcəsi və EUR/USD

19.05.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

19.5.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avropa Birliyi 2027-ci il büdcəsi və EUR/USD. 

Avropa Birliyinin 2027-ci ilə kimi qüvvədə olacaq büdcəsinin qəbulu istiqamətində müsbət xəbərlərin yayımlanması, foreks bazarlarında avronun bahalaşmasına təsir edib. 1.09$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi 1.10$-a kimi də dəyər qazana bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozona üzrə dərc ediləcək gələcək gözləntiləri ölçən indeks də investorların diqqət mərkəzindədir. 


GBP/USD məzənnəsində də bahalaşma. 

Saat 10:00-da İngiltərənin əmək bazarına dair açıqlanacaq göstəricilər öncə funtun qiymətində də bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, 1.22$-ın qırılması ilə üzərində möhkəmlənərsə, 1.25$-a kimi də bahalaşa bilər. 


Qızıla tələb azaldı. 

Əlvan metallar birjalarında qızılın qiyməti ucuzlaşmağa başlayıb və  bir unsiya üzrə qiymət 1729$-ın (55.6 $/qram) altında qalarsa, 1702$ (54.7 $/qram) kimi də dəyər itirə bilər.