AB aqendası: Daha güclü və təsirli

11 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Brüssel tərəfindən təqdim edilən aqenda 2024 Avropa birliyinə olan marağın artmasına təsir edə bilər.

AB aqendası: Daha güclü və təsirli

Avropa birliyi gələcək illərdə dünyada daha çox təsirə malik olmaq və təhlükəsizliyi, inkişafı və ətraf mühitin qorunmasını daha çox təmin etmək istəyir. Bu haqda Brüssel media vasitəsilə "Aqenda 2024" strateji layihəsində məlumat verir. 


Layihədə AB-nin "özünə güvənilən və güclü" olmalı olduğu vurğulanır. Bunun üçün daha çor ehtiyata, yəni pula ehtiyac vardır və yeni üzvlərə də qapı açıq olmalıdır. 


Gələn həftə başlayacaq AB zirvə toplantısı üçün hazırlanan sənəd bugünə kimi olan siyasətin ardı kimi qiymətləndirilir. Lakin böyük istiqamət dəyişikliyi və yeni initiativlər yoxdur. Layihə 28 üzvü dövlətlər tərəfindən müzakirə ediləcək və əlavələr edilə bilər.