AB: Balkanlarda sabitliyə təhdidlər həll olunmalıdır

26 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonada siyasi və iqtisadi risklərin artmasına təsir edə biləcək hadisələr investorların diqqət mərkəzində.

AB: Balkanlarda sabitliyə təhdidlər həll olunmalıdır

Almaniya və Fransa bazar ertəsi kiçik zirvə toplantısı ilə Serbiya və Kosovo arasında münaqişənin həlli istiqamətində danışıqları bərpa etmək istəyirlər. Almaniya və Fransa Serbiyanı ərazi iddiasından əl çəkməsinə və Kosovonanın müstəqilliyini tanımasına çalışır. 


Avropa birliyi komissiyası illərdir davam edən danışıqlardan sonra bu gün həll istiqamətində skeptikdirlər, xüsusilə də Kosovonun sonuncu dəfə xüsusi gömrük rüsumları tətbiq etməklə tərəflər arasında münasibəti daha gərginləşdirəndən sonra. 


AB-nin genişləndirilməsinə cavabdeh Yonannes Han mediaya müsahibəsində tərəflərə müraciətində münaqişənin həlli ilə AB-yə daxil olma perspektivləri əldə edəcəklərini vurğulayıb.