AB Breksit sazişi üçün yeni təklif qəbul etmədi

03 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa Birliyi tərəfindən Londonun təklif etdiyi yeni sənədə verdiyi şərh siyasi və iqtisadi qeyri-müəyyənliyi artırır.

AB Breksit sazişi üçün yeni təklif qəbul etmədi

Avropa Birliyi (AB) Komissiyası Londondan yeni Breksit təkliflərinə dair aydınlığın gətirilməsini tələb edir. Cümə axşamı Brüsseldən verilən açıqlamaya əsasən, İngiltərə tərəfindən təqdim edilən sənəddə problemli məqamlar vardır. "Daha çox işləmək lazımdır və bu işy Böyük Britaniya görməlidir və tərsinə yox", deyə Komissiya sözçüsü deyib. 

Bununla yanaşı, çərşənbə günü Komissiya sədri Jan-Klod Yunker təkliflərlə bağlı baş nazir Conson ilə danışdıqdan sonra cümə axşamı İrlandiyanın baş naziri Leo Varadkar ilə də AB üçün siyasi dəstəkdən bir daha əmin olmaq üçün telefon danışığı həyata keçirib. 

Avropa parlmantinin Breksit üzrə mütəxəssisləri də İngiltərənin yeni sazişə dair təklifini natamam olması ilə əlaqədar olaraq qəbul etməyiblər. Cümə axşamı parlamant nümayəndəsi açıqlamasında təklifin yeni Breksit sazişi üçün əsas ola və Avropa Birliyinin bunu təsdiq edə bilməyəcəyini deyib. Önəmli suallar izah edilməyib. 

Qeyd etmək lazımdır ki, oktyabrın 17 və 18-də baş tutacaq AB-nin zirvə toplantısında əsas mövzusunun Breksit olacağı gözlənilir və bu vaxta kimi yaxşı hazırlaşmaq lazımdır.