AB də ABŞ-a qarşı gömrük rüsumlarını artırdı

20 İyun 2018

Avropa Birliyi ABŞ-ın yeni gömrük siyasətinə qarşı cavab addımı ataraq gömrük rüsumlarının illik dəyərini 2.8 milyard dollara kimi artırıb.

AB də ABŞ-a qarşı gömrük rüsumlarını artırdı

ABŞ məhsullarına qarşı Avropa Birliyinin (AB) razılaşdırılan yeni gömrük rüsumları, cümə günündən etibarən tətbiq edilməyə başlanılacaq. Bununla bağlı məlumatı çərşənbə günü AB-nin komissarı paylaşıb. Məlumata əsasən, yeni qaydalar ABŞ prezidenti Donald Trampın dəmir və alüminimuma tətbiq etdiyi xüsusi tariflərə qarşı cavab tədbiridir. 


Amerika iyun ayından etibarən dəmirə 25%, alüminimuma isə 10%-lik gömrük rüsumu tətbiq etməyə başlayıb. AB bu addımı Dünya Ticarət Təşkilatının qaydalarına zidd hesab edir. AB ilkin olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumlarının illik dəyərini 2.8 milyarda kimi artırır. 


AB-nin ticarət komissarı Sesilia Malmştröm açıqlamasında, bu vəziyyətə gəlinməsinin səbəbkarının ABŞ olduğunu və başqa seçimlərinin olmadığını bildirib. Lakin ABŞ siyasətində dəyişiklik edərsə, biz də cavab tədbirlərimizi geri çəkərik. 


Qeyd etmək lazımdır ki, beynəlxalq ticarət iştirakçılarının bir-birilərinə qarşı qaydalarını sərtləşdirmələri, qlobal ticarət dövriyyəsinin azalmasına və beləliklə, ayrı-ayrılaqda ölkə iqtisadiyyatlarına mənfi təsir edir.