AB-də parlament seçkisi və yeni breksit sazişi

23 May 2019

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma davam etsə də dinamika da zəifləməkdə.

AB-də parlament seçkisi və yeni breksit sazişi

Foreks: Dollarda bahalaşma davam etsə də dinamika zəifləyir. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma dinamikasının zəifləməsi müşahidə edilir.


Bununla yanaşı, avro və funt ilə müqayisədə dollara tələb güclü olaraq qalır. Lirə də təzyiq altındadır. Avro 1.11$, funt 1.26$-a ticarət edilir, USD/TRY məzənnəsi isə 6.12TL-nin üzərində dalğalanmaqdadır.


Bugündən etibarən başlayan və bazar gününə kimi davam edəcək Avropada parlament seçkisi fonunda EUR/USD, İngiltərə hökümətinin təqdim etdiyi Breksit sazişinin tənqidlərə məruz qalması fonunda isə GBP/USD məzənnəsi təzyiq altında qalmaqdadır və yeni minimumlara doğru ucuzlaşa biləcəkləri proqnozları aktual olaraq qalır.