AB gömrük rüsumları müzakirələrində güzəştə getməyəcək

18 Aprel 2018

AB ticarət komissarı: Amerikanın gömrük rüsumları Avropa üçün istisna edildikdən sonra əlavə ticarət güzəştləri haqqında danışmaq olar.

AB gömrük rüsumları müzakirələrində güzəştə getməyəcək

Avropa Birliyi (AB) ABŞ-ın polad və aliminium məshullarına qarşı tətbiq etdiyi gömrük rüsumları mövzusunda güzəştlərə getməyəcək. AB-nin ticarət komissarı Cecilia Malmştröm Avropa Parlamentinin mətbuat konfransında çıxışı zamanı bildirib ki, AB ABŞ-a heç bir təklif irəli sürməyib və sürməyəcək də. ABŞ-ın gömrük siyasəti tamamilə proteksionizmdir. AB heç bir şərt olmadan istisna edilmələrini tələb edir. Bu, Donald Tramp tərəfindən təsdiqlənərsə, onda ticarət yükünün azaldılması və digər mövzular haqqında danışmaq olar. 


Malmştröm hal-hazırda ABŞ hökümətinin nümayəndələri ilə danışıqlar aparır, çünki Avropa ölkələri ABŞ-ın yeni gömrük rüsumlarından yalnız may ayının 1-ə kimi istisna edilib. Müzakirələrdə əsas predmet ABŞ-ın həmişəlik xərclər fonunda güzəştlər istəməsidir. Burada AB-nin Amerika avtomobillərinə qarşı tətbiq etdiyi idxal rüsumların azaldılması ilkin addım ola bilər. AB avtomobil idxalına qarşı 10%-lik idxal rüsumu tətbiq edir, ABŞ-da isə bu, 2.5%-dir.


Mətbuatda yayılan məlumatlara əsasən, Avropa məhsulları istisna edilməsə, AB də öz növbəsində ABŞ viskisi, Motorsiklet və cinslərinə qarşı gömrük rüsumlarını artıra bilər.