AB ilə ABŞ arasında razılaşma və EUR/USD

26 İyul 2018

Dünya valyuta birjalarında AB ilə ABŞ arasında ticarət razılaşmalarının gələcəyi və AMB-nin pul-kredit siyasəti fonunda açıqlamaları diqqət mərkəzində.

AB ilə ABŞ arasında razılaşma və EUR/USD

Dünya valyuta birjalarında avronun qiyməti 1.1743$-a kimi bahalaşıb və 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1860$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


Bahalaşmaya səbəb Avropa Birliyi (AB) ilə Amerika arasında pozulmaq üzrə olan ticarət münasibətləri fonunda müsbət irəliləyişlərin olmasıdır. AB komissiyasının sədri və ABŞ prezidenti arasında çərşənbə günü baş tutan görüşdə, gələcəkdə əlavə gömrük rüsumların tətbiqinin qarşısını almaq üçün razılaşma əldə edilib. 


Razılaşmanın əldə edilməsi Avropa iqtisadiyyatı üçün müsbət qiymətləndirilir və beləliklə avronun da bahalaşmasının şahidi oluruq. Ölkələr arasında gömrük və digər siyasi maneələrin yaradılması, dövriyyənin azalmasına və nəticədə sənaye və xidmət sektorunda istehsalın azalmasına, işsizliyin isə artmasına təsir edir. Lakin nəzərə almaq lazımdır ki, razılaşmanın gələcəyi fonunda gözləntilər birmənalı deyil və hər an pozula biləcəyi ehtimalları da mövcuddur. 


Avropa Bankının açıqlamaları gözlənilir. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:45 və 16:30-da müvafiq olaraq Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı yayımlanacaq və mətbuat konfransı baş tutacaqdır. Mətbuat konfransında verilən açıqlamaların isə maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacağı gözlənilir.


Brent nefti 77$-a kimi də bahalaşa bilər. 

Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti 74.68$-a kimi bahalaşıb və 74.72$-ı da yuxarı istiqamətdə qırarsa, 76.91$-a kimi bahalaşa bilər.