AB ilə İngiltərə münasibətləri yenidən gündəmdə

15 Noyabr 2019

AB ilə İngiltərə arasında siyasi çatlar yenidən dərinləşə və avro, funt ucuzlaşa bilər. Neft qiymətləri də təzyiq altındadır.

AB ilə İngiltərə münasibətləri yenidən gündəmdə

Beynəlxalq valyuta birjalarında avro və funt sterlinq bahalaşsa da Avropa Birliyinin İngiltərədən yeni komissiya namizədi tələbinin təmin edilməməsi fonunda siyasi risklər yenidən arta bilər. Nəticədə sözügedən valyutalar da ucuzlaşmağa başlaya bilər. 

Enerji birjalarında isə Brent markalı neftin bir barel qiyməti 63$-a ticarət edilir və qlobal siyasi və iqtisadi risklərin artacağı təqdirdə, burada da qiymətlərə qarşı təzyiqlərin olacağını proqnozlaşdırmaq olar.