AB İngiltərəyə 3 ay vaxt verdi

28 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit vaxtının təxirə salınması riskləri daha da artır və razılaşdırılmış Breksit ümidlərini azaldır.

AB İngiltərəyə 3 ay vaxt verdi

Avropa Birliyi (AB) Böyük Britaniyaya Breksiti yanra ayının 31-inə kimi uzatmağa razılıq verib. Bu haqda AB-nin Şura sədri Donald Task bazar ertəsi tvitter hesabında yazıb. 

Qeyd etmək lazımdır ki, cümə günü Bakı vaxtı ilə saat 3:00-da İngiltərə AB-dən ayrılmalı idi. Lakin İngiltərə parlamenti baş nazirdən vaxtın təxirə salınmasını tələb edib. Bununla bərabər isə hökümət dekabr ayında yeni parlament seçkisi keçirməyi planlaşdırır.