AB İtaliyadan inandırıcı plan tələb edir

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İtaliyanın 132%-ə çatan dövlət borcu fonunda Brüssel ilə gərginləşən münasibətləri investorların diqqət mərkəzində.

AB İtaliyadan inandırıcı plan tələb edir

Avropa birliyi (AB) komissiyası İtaliyanı vaxt itirməməyə və maliyyə vəziyyətini düzəltmək üçün tədbirlər planı təqdim etməyə çağırıb. "Top italiya meydanındadır", deyə maliyya komissarı Pier Moskovisi çərşənbə günü deyib. Komissiya 2019 və 2020-ci illəri üçün inandırıcı senarilər görmək istəyirlər. 


AB komissiyası keçən həftə İtaliyaya qarşı yüksək defisitə görə cinayət işi təklif edib və çərşənbə axşamı üzv dövlətlərin dəstəyini alıb. Buna səbəb İtaliyanın dövlət borcunun ÜDM-nin 132%-inə çatmasıdır. Gələn il üçün isə 135% proqnozlaşdırılır. Lakin Avrozonada 60%-ə kimi icazə vardır. 


Moskovisi hökümət ilə danışıqlara davam edəcəyini bəyan edib, amma lazımi addımların da atılmasını sürətləndirəcəkdir. Dayanıqlılıq və inkişaf müqaviləsinin maddələri bugünə kimi əlverişli razılaşdırılıb. "Lakin heç kim müddəaları yerinə yetirmədiyi təqdirdə qaydaların tətbiqinə məruz qalacağından şübhə etməməlidir", deyə Moskovisi əlavə edib.