Avropada islahatlar sərt kredit şərtləri ilə başladı

25 May 2018

Avropa maliyyə nazirlərinin fikrincə, Avropada banklar gələcək maliyyə böhranının qarşısını ala bilmələri üçün tədbirli olmalıdır.

Avropada islahatlar sərt kredit şərtləri ilə başladı

Avropa maliyyə nazirlərinin fikrincə, Avropada banklar gələcək maliyyə böhranının qarşısını ala bilmək üçün tədbirli olmalıdır. Bununla bağlı kompromisə bu gün Brüsseldə nail olunub. Razılaşmaya əsasən, kreditlər verilərkən bankların ehtiyatları nəzərə alınmalıdır. Bundan sonra razılaşma Avropa Parlamentində təsdiqlənməlidir. Bu hadisə Avropada islahatlar istiqamətində önəmli addımlardan hesab edilir. 


İlkin məlumatlara əsasən, bankların çətin vəziyyətə düşmələrinin qarşısını almaq üçün borclanma səviyyəsinin kapitala nisbəti 3%-də qərarlaşdırılıb. 2008-ci il maliyyə böhranından sonra Avropada problemli kreditlər böyük yükə çevrilib. 


Bununla yanaşı, maliyyə nazirləri iyun ayının sonuna kimi Fransa ilə Almaniyanın növbəti birgə islahat proqramı hazırlayacaqları vurğulayıb. Burada daha çox böhranlı ölkələr üçün maliyyə yardımını nəzərdə tutan "ESM" və əmanətlərin birgə siğortalanması proqramları gündəmdədir.