AB: "Nord Stream 2" qaydaları razılaşdırıldı

13 Fevral 2019

Beynəlxalq enerji bazarlarında treyderlər tərəfindən böyük maraqla izlənilən xəbərlər arasında "Nord Stream 2" qaydalarının razılaşdırılması da var idi.

AB: "Nord Stream 2" qaydaları razılaşdırıldı

"Nord Stream 2" boru kəməri layihəsi üçün yeni qaydaları ətrafında Avropa Birliyinin iştirakçıları arasında mübahisələr kompromis ilə nəticələnib. Bu haqda Avropa Birliyi komissiyası məlumat verib və AB ölkələrinin razılaşmasını alqışlayıb. 


Rusiyadan Almaniyaya kimi uzanan qaz boru kəmərinin operatorları əlavə tələblərə də hazır olmalıdır. Lakin bununla Rusiyanın dövlət şirkəti "Qazprom"-un planı dayandırılmayacaqdır. 


AB komissiyası 2017-ci ildə yuxarıdakı layihə fonunda AB-nin qaz normalarında dəyişiklər təklif etmişdi. Təklifə əsasən, üçüncü dövlətdən gələn boru kəmərləri AB-nin daxili tələblərinə uyğun olmaldır. Bu, eyni zamanda, mülkiyyətin və operatorluğun bir əldə olmamasını və rəqabətə imkan verilməsini də nəzərdə tutur. 


Almaniya yeni təkliflərin qarşısını almaq istəyirdi, çünki bununla "Nord Stream 2" səmərəliliyi azalırdı. Lakin sonda Almaniya höküməti Fransa ilə bəzi xüsusi maddələr əlavə olunmaqla, əsas maddələr üzərində razılaşıblar. 


Qeyd etmək lazımdır ki, bəzi Avropa ölkələri və ABŞ layinənin əleyhdarları olublar.ABŞ xarici işlər naziri Pompeo çərşənbə axşamı yenidən öz iradlarını bildirmışdi. 


Boru kəmərinin 2019-ci ilin sonlarında işə düşməsi və Almaniyaya illik olaraq 55 milyard kubikmetr təbii qazın idxalı planlaşdırılır.