AB parlamenti AMB-nin yeni sədrini qəbul etdi

17 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında çoxdandır gözlənilən Avropa Mərkəzi Bankının yeni sədrinin parlamentdə qəbul edilməsi başa çatıb.

AB parlamenti AMB-nin yeni sədrini qəbul etdi

Avropa Birliyi (AB) parlamenti səs çoxluğu ilə keçmiş Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqardeni Avropa Mərkəzi Bankının sədri vəzifəsinə razılıq verib. Beləliklə, noyabrın 1-də yeni sədr Mario Draqini əvəz edərək, səlahiyyətlərinə başlayacaqdır. 

Qeyd etmək lazımdır ki, Laqarde sentyabrın əvvəlində deputatlar qarşısında çıxışı olub və suallara cavab verib.