AB sazişsiz Breksitə tam hazırdır

12 İyun 2019

İngiltərədə baş nazir vəzifəsi üçün keçiriləcək seçki fonunda namizədlərin səsləndirdikləri sazişsiz Breksit fikirlərinə qarşı Brüsselin cavabı gecikməyib.

AB sazişsiz Breksitə tam hazırdır

Sazişsiz Breksitə Avropa birliyi (AB) yaxşı hazırlaşıb. AB komissiyasının çərşənbə günü verdiyi açıqlamaya əsasən, oktyabr ayının 31-də baş tutacaq breksit üçün əlavə hüquqi tədbirə ehtiyac yoxdur. Üzv dövlətlərin hamısı bütün senarilərə yüksək səviyyədə hazırdır. 


Böyük Britaniyanın AB-ni razılaşdırılmamış sənədlər əsasında tərk etməsi arzu olunan olmasa da, mümkün senari kimi qiymətləndirilir. Sazişsiz Breksitin baş verməsi şəraitində İngiltərə höküməti ilə razılaşdırılan 2020-ci ilə kimi davam edəcək keçid dövrü şərtləri işləməyəcəkdir və bu, vətəndaş və sahibkarlar üçün ciddi fəsadlar yaradacaqdır. Lakin komissiya bunun daha çox Böyük Britaniyaya mənfi təsir edəcəyini bildirir. 


Qeyd etmək lazımdır ki, son günlər baş nazir səlayihətlərini öhdəsinə götürmək istəyən namizədlər sazişsiz Breksit fonunda xəbərdarlıqlar edir. Bununla yanaşı, hamısı AB ilə danışıqları davam etdirməyin tərəfdarıdırlar. Laki Brüssel bunun əleyinədir.