AB Türkiyə ilə danışıqları dayandırdı

11 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyə ilə AB arasında siyasi münasibətlərin pozulmasına dair xəbərlər investorların diqqət mərkəzindədir.

AB Türkiyə ilə danışıqları dayandırdı

Avropa birliyi (AB) Türkiyənin Kipr sahillərində təbii qaz tədqiqatlarına qarşılıq olaraq hava nəqliyyatı sazişi danışıqlarını dayanadırıb. Verilən xəbərlərə əsasən, AB yardımları və kreditlər Avropanın investisiya bankı tərəfindən də dayandırıla bilər. Türkiyəyə qarşı cəza tədbirlərinin Kipr Respublikasının iradəsi ilə artıq bazar ertəsi AB xarici işlər nazirlərinin toplantısında qərara alınması gözlənilir. 


Türkiyə tərəfi tədqiqatların aparıldığı şelflərin onların nəzarət altında olduğu ərazilər olduğunu iddia edir. 


Qeyd etmək lazımdır ki, Kipr adası Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir