AB və Kanada ABŞ-ı Kuba qərarı fonunda xəbərdarlıq edib

22 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ, AB və Kanada arasında ticarət münasibətlərinin pozula biləcəyi gözləntilərini artıra biləcək xəbərlər yayılmaqdadır.

AB və Kanada ABŞ-ı Kuba qərarı fonunda xəbərdarlıq edib

Avropa birliyi (AB) və Kanada Kubada fəaliyyət göstərən şirkətlərə qarşı ABŞ-ın iddia vermə icazəsi ilə bağlı qərarına qarşı etiraz edib və qarşı tədbirlərlə təhdid ediblər. "Amerika hökümətinin qərarı acınacaqlıdır və AB və Kanadanın Kubadakı iqtisadi fəaliyyətlərinə ciddi təsirləri olacaqdır", deyə çərşənbə günü AB diplomatı Federika Mogerini, Kanadanın xarici işlər naziri Kristia Friland və AB ticarət komissarı Cecila Malmştröm tərəfindən açıqlanan bəyanətdə bildirilir. 


Qeyd etmək lazımdır ki, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo sonuncu dəfə verdiyi açıqlamasında, may ayının 2-sindən etibarən ABŞ vətəndaşlarının 1959-cu il inqilabından sonra mənimsənilən mülklərdən istifadəyə görə xarici şirkətlərə qarşı şikayət etmək imkanının verildiyi bildirilib. 


Kuba Venesuelaya yaxınlığı ilə seçilən ölkədir.