AB və Yaponiya azad ticarət müqaviləsi imzaladılar

17 İyul 2018

Avropa Birliyi ilə Yaponiya arasında son 5 ildir planlaşdırılan azad ticarət müqaviləsinin bağlanması, avro/yen məzənnəsinin bahalaşmasına təsir edib.

AB və Yaponiya azad ticarət müqaviləsi imzaladılar

Avropa Birliyi (AB) Yaponiya ilə indiyə kimi ən böyük azad ticarət müqaviləsini (ing.: "JEFTA") bağlayıb. Bununla bağlı rəsmi məlumatı çərşənbə axşamı Yaponiyanın baş naziri Şinzo Abe ilə AB-nin şura sədri Donald Tusk və komissiya sədri Jon-Klaud Yunker verib. 


2013-cü ildən hazırlanan layihədə gömrük və digər ticarət maneələrinin aradan qaldırılması və beləliklə, iqtisadi inkişafın sürətləndiriləməsi və yeni iş yerlərinin yaradılması planlaşdırılır. Bu eyni zamanda AB və Yaponiyanı təcrid siyasəti ilə ittiham edən ABŞ prezidenti Donald Trampa qarşı da siqnaldır. 


Layihəni tənqid edənlər isə AB-də ətraf mühitin və istehlak haqlarının pozulmasından narahatdırlar. 


Məlumatların açıqlanması maliyyə bazarlarında EUR/JPY məzənnəsinin 131.93 yenə kimi 0.9% bahalaşmasına təsir edib və 132.57 yenə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.