AB Yaponiya ilə azad ticarət təşkilatı yaradır

31 Yanvar 2019

Avropa Birliyi və Yaponiyanın yaratdıqları ticarət təşkilatı ən böyük iqtisadi təşkilat hesab edilir və dünya iqtisadiyyatına müsbət təsir edə bilər.

AB Yaponiya ilə azad ticarət təşkilatı yaradır

Avropa Birliyi ilə Yaponiya cümə günü dünyanın ən böyük azad ticarət zonasını yaradırlar. 2018-ci ildə razılaşdırılan iqtisadi əməkdaşlıq təşkilatı 600 milyondan çox insanı birləşdirəcək. Məqsəd iqtisadi inkişafı sürətləndirmək üçün gömrük və başqa ticarət maneələrini aradan qaldırmaqdır. 


Yaponiya ABŞ və Çindən sonra üçüncü ən böyük iqtisadiyyata sahib ölkədir və avropalılar üçün maraqlı istehlak bazarıdır. Beləliklə, AB ilə Yaponiya birlikdə dünyanın üçdə bir iqtisadi gücünü təşkil edir. 


Bu məlumat dünyada iqtisadi risklərin azalmasına təsir edə bilər. ABŞ ilə Çin arasında hökm sürən ticarət böhranı, dünyada siyasi və iqtisadi qeyri-müəyyənliyi artırmaqla yanaşı, iqtisadi aktiliyin və gözləntilərin zəifləməsinə təsir edir.