AB yeni Breksit danışıqları üçün əsas görmür

06 Avqust 2019

Avropa birliyi (AB) komissiyası hazırda Breksit müzakirələri üçün əsas görmür və İngiltərənin oktyabrın 31-də birlikdən sazişsiz ayrılacağından narahatdır.

AB yeni Breksit danışıqları üçün əsas görmür

Çərşənbə axşamı verilən məlumatlara əsasən, Avropa birliyinin (AB) 27 üzv ölkə nümayəndələri İngiltərə baş naziri Boris Consonun tələblərinin AB mövqeyi ilə üst-üstə düşmədiyi ilə bağlı bir daha məlumatlandırılıblar. Conson keçmiş baş nazir Tereza Mey tərəfindən razılaşdırılan sazişi yenidən müzakirəyə çıxarmağa çalışır ki, bekstop maddəsi ləğv edilsin. AB isə bunu rədd edir. 

AB üzvlərinin məlumatlandırılmalarına səbəb isə Conson tərəfindən müəyyən edilən Breksit naziri Devid Frostun AB komissiyasının mütəxəssisləri ilə keçən həftə görüşün baş tutması idi. Bu, Consonun hakimiyyəti dövründə ilk tədbir idi. Yeni baş nazir bir neçə dəfə birlikdən razılaşdırılmış şəkildə ayrılmağın mümkün olduğunu bildirmişdi. Əks təqdirdə, o, ölkəsini AB-dən sazişsiz ayıracaqdır. 

Gələcək həftələrdə prosesin necə davam edəcəyi məlum deyil. Diplomatlar əmin deyillər ki, Conson AB-ni qorxutmaq üçün sazişsiz Breksitə gediləcəyini deyir, yoxsa bunda ciddidir. Sonuncu senari iqtisadiyyat üçün ciddi fəsadlara səbəb olacağı gözlənilir, çünki bundan sonra gömrük və sərhəd yoxlamaları tətbiq ediləcəkdir. 

Qeyd etmək lazımdır ki, bekstop maddəsi AB-yə imkan verir ki, Şimali İralandiya ilə İrlandiya arasında sərhəd yoxlamalarının qarşısını alsın. Conson bunu Şimali İralandiyanı gömrük ittifaqında saxlamağın aləti kimi qiymətləndirir.