Abe İran ilə bağlı Trampa zəng edib

11 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İranın nüvə sazişi ilə bağlı yaranmış siyasi risklərin azalmasına təsir edə biləcək xəbərlər yayılıb.

Abe İran ilə bağlı Trampa zəng edib

İran ezamiyyətinə bir gün qalmış Yponiya baş naziri Şinzo Abe ABŞ prezidenti Donald Tramp ilə telefonla əlaqə saxlayıb. Abe və Tramp regional situasiya və İran ilə əlaqədar olaraq fikir mübadiləsi aparıblar, deyə çərşənbə axşamı Yaponiya höküməti məlumat verib. 


Çərşənbə günü Abenin Tehrana nüvə sazişi ilə bağlı danışıqlar üçün səyahəti planlaşdırılır. Almaniyanın xarici işlər naziri Heiko Maas artıq bazar ertəsi İranı nüvə sazişinə sadiq qalmağa inandırmağa çalışıb. 


Qeyd etmək lazımdır ki, Abe 41 ildən sonra ilk Yaponiya baş naziridir ki, İslam respublikasına səyahət edir. 3 günlük səyahəti ərzində İranın ali rəhbəri Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşü planlaşdırılır. Hər iki ölkə bu il diplomatik əlaqələrin 90-ci illiyini qeyd edəcəklər.