ABŞ: Avropa və Çin valyutalarını manipulyasiya edirlər

04 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümətinin valyuta manipulyasiya ilə məşğul olan ölkələri tənqid etməsi investorların diqqət mərkəzindədir.

ABŞ: Avropa və Çin valyutalarını manipulyasiya edirlər

ABŞ prezidenti Donald Tramp Avropa və Çini yenidən valyuta manipulyasiyası ilə ittiham edib. "Çin və Avropa böyük valyuta manipulyasiyası oyunu oynuyurlar və ABŞ ilə rəqabət aparmaq üçün sistemə pul axıdırlar", deyə Tramp çərşənbə günü Tvitter hesabında paylaşıb. 


"Biz də uyğun hərəkət etməliyik ya da arxayın oturub və ölkələrin illərdir oynadıqları oyunları izləyən axmaqlar qalmalıyıq", deyə ABŞ prezidenti əlavə edib. 


Qeyd etmək lazımdır ki, Çin və Avropa mərkəzi bankları ilə yanaşı, Tramp Amerika mərkəzi bankını (FED) da vaxtaşırı sərt tənqid edir.