ABŞ, Avrozona və Türkiyədən göstəricilər açıqlancaq

15 May 2019

Bu gün Amerika, Avrozona və Türkiyədən açıqlanacaq önəmli fundamental məlumatlar fonunda dollar, avro və lirədə güclü volatillik gözlənilir.

ABŞ, Avrozona və Türkiyədən göstəricilər açıqlancaq

Foreks: Dollar bahalaşır və ABŞ-dan fundamental göstəricilər açıqlanacaq. 

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.3%-lik bahalaşma müşahidə edilir.

Bununla yanaşı, bu gün dolların məzənnələrinə təsir edə biləcək önəmli fundamental məlumatların açıqlanması gözlənilir. Belə ki, Bakı vaxtı ilə saat 16:30 və 17:15-də müvafiq olaraq Amerikanın pərakəndə və sənaye dövriyyəsi ilə bağlı yeni göstəricilər açıqlanacaqdır.


EUR/USD və USD/TRY diqqət mərkəzində. 

Saat 11 və 13:00-da müvafiq olaraq yayımlanacaq Türkiyənin işsizlik və Avrozonanin iqtisadi inkişafı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

EUR/USD məzənnəsi 1.12$-ın üzərində qaldıqca, yenidən 1.13$, USD/TRY məzənnəsi də 6.01TL-nin üzərində qaldıqca, 6.24TL-yə kimi bahalaşa bilər.