15.05.2019 ABŞ, Avrozona və Türkiyədən önəmli göstəricilər açıqlanacaq

15.05.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

15.05.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks: Dollar bahalaşır və ABŞ-dan fundamental göstəricilər açıqlanacaq. 

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.3%-lik bahalaşma müşahidə edilir.

Bununla yanaşı, bu gün dolların məzənnələrinə təsir edə biləcək önəmli fundamental məlumatların açıqlanması gözlənilir. Belə ki, Bakı vaxtı ilə saat 16:30 və 17:15-də müvafiq olaraq Amerikanın pərakəndə və sənaye dövriyyəsi ilə bağlı yeni göstəricilər açıqlanacaqdır.


EUR/USD və USD/TRY diqqət mərkəzində. 

Saat 11 və 13:00-da müvafiq olaraq yayımlanacaq Türkiyənin işsizlik və Avrozonanin iqtisadi inkişafı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

EUR/USD məzənnəsi 1.12$-ın üzərində qaldıqca, yenidən 1.13$, USD/TRY məzənnəsi də 6.01TL-nin üzərində qaldıqca, 6.24TL-yə kimi bahalaşa bilər.