ABŞ bankları Avropa banklarını rəqabətdə geridə qoyur

23 Aprel 2019

Avropa iqtisadiyyatının önəmli subyektləri - kommersiya bankları AMB-nin aşağı uçot faiz dərəcələri fonunda rəqabət qabiliyyətlərini itirirlər.

ABŞ bankları Avropa banklarını rəqabətdə geridə qoyur

Avropanın böyük bankları ABŞ bankları ilə müqayisədə geridə qalır. Amerikanın ən böyük on bankı keçən il ərzində birlikdə Avropa ilə müqayisədə iki yarım dəfə daha çox qazanıblar. Bu haqda hesabat "EY" təşkilatı tərəfindən verilib. 


Araşdırmaya əsasən, Avropanın ən böyük on bankı illik müqayisədə gəlirlərini 59 milyard dollara kimi 35%, Atlantikanın o biri tayında isə banklar 155 milyard dollara kimi 88% artırıblar. 


Avropada banklar aşağı faizlərdən əziyyət çəkir, hətta Avropa mərkəzi bankının mənfi faiz dərəcəsi ilə hesablaşmalı olurlar. Bununla yanaşı, iqtisadi inkişaf dinamikasının da zəif olması işləri azaldır. 


Qeyd etmək lazımdır ki, kommersiya bankları iqtisadiyyatın əsas sektorlarından hesab edilir və gəlirlərinin zəif artması, dünya bazarlarında rəqabətdə itirmələrinə səbəb olur.