ABŞ-Çin: Bugündən növbəti görüşlər başlayır

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dünyanın iki böyük gücü arasında ticarət böhranının həll edilməsi istiqamətində danışıqları diqqət mərkəzində.

ABŞ-Çin: Bugündən növbəti görüşlər başlayır

ABŞ və Çin hökümətinin nümayəndələrinin bu gün Vaşinqtonda ticarət böhranın həll edilməsi üçün növbəti görüşləri planlaşdırılır. Bu haqda Ağ ev bazar ertəsi açıqlama verib. Mütəxəssislərin görüşündən sonra nazirlərin yüksək səviyyəli görüşləri isə 21-i baş tutacaqdır. 


Mart ayının birində isə iki ölkə arasında dekabr ayında razılaşdırılan 90 günlük "sülh dövrü"-ü bitəcəkdir. ABŞ sözügedən dövr ərzində yeni ticarət sazişi imzalanmadığı təqdirdə gümrük rüsumlarını Çindən 200 milyard dollar dəyərində idxal olunan məhsullara gömrük rüsumlarını 10%-dən 25%-ə kimi artıracağı ilə təhdid edir. Prezident Donald Tramp sonuncu dəfə danışıqların iki ölkəni sazişə yaxınlaşdıracağı təqdirdə, "sülh dövrü"-nün müddətinin artırıla biləcəyini bildirmişdi. 


Qeyd etmək lazımdır ki, iki ölkə arasında ticarət böhranı dünya iqtisadiyyatının zəifləməsinə səbəb olub. Bu istiqamətdə hər hansı irəliləyiş maliyyə bazarlarında gələcək gözləntilərə dair ümidləri artırır.