ABŞ-Çin: Danışıqları mart ayına kimi bitirmək olmayacaq

15 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında investorlar tərəfindən böyük maraqla izlənilən ABŞ-Çin danışıqlarının nəticələrinə dair ilkin açıqlamalar verilib.

ABŞ-Çin: Danışıqları mart ayına kimi bitirmək olmayacaq

Çin və ABŞ arasında ticarət böhranın həll olunması ilə bağlı danışıqlar martın 1-inə kimi bitməyəcəkdir. Ağ evin mətbuat katibi Sarah Sandersin cümə günü verdiyi açıqlamaya əsasən, iki tərəf açıq suallar ətrafında müzakirələrə mart ayının 1-indən sonra da davam edəcəklər. 


Bu haqda açıqlamalar Pekində baş tutan görüşün bitməsindən sonra verilib. Danışıqlarda irəliləyiş əldə olunub. "Lakin hələ çox iş var", deyə Sanders əlavə edib. Danışıqların növbəti mrəhələsinin nazirlər və ticarət sahibləri səviyyəsində gələn həftə Vaşinqtonda olması planlaşdırılır. 


ABŞ prezidenti Donald Tramp bundan sonra sonuncu dəfə verdiyi açıqlamasında, razılıq istiqamətində müsbət irəliləyiş olarsa, "sülh dövrü"-nün müddəti uzadıla biləcəyini bildirmişdi. Beləliklə, müddətin uzadılmasına dair ilkin məlumatlar verilibsə, bu, müsbət qiymətləndirilə bilər. 


Qeyd etmək lazımdır ki, ABŞ tərəfi mart ayının 1-inə kimi razılığın əldə olunmaması şəraitində Çindən idxal olunan 200 milyard dollar həcmində məhsullara gömrük rüsumunu 10%-dən 25%-ə kimi artıracağını bəyan etmişdi.