ABŞ-Çin fonunda ümidlərin artması və Dollar

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında cümə axşamı və cümə günləri bir araya gələn ABŞ və Çin nümayəndələri ticarət böhranını müzakirə edəcəklər.

ABŞ-Çin fonunda ümidlərin artması və Dollar

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında baş tutan növbəti görüş dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edib. İki günlük görüş fonunda açıqlanacaq bəyanatlar investorların diqqət mərkəzindədir.


EUR/USD məzənnəsi 1.13$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, 1.12$-a kimi də ucuzlaşa bilər. USD/TRY məzənnəsi də yenidən 5.29TL-yə kimi bahalaşıb və 5.30TL-nin üzərində möhkəmlənərsə, 5.36TL-yə kimi bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir.