ABŞ Çin ilə yaxınlaşmaq üçün səbəb görmür

15 Avqust 2019

Dünya birjalarında Amerika ilə Çin arasında baş tutan sonuncu danışıqlar fonunda hökümət nümayəndələrinin şərhləri qiymətlərin ucuzlaşmalarına səbəb olub.

ABŞ Çin ilə yaxınlaşmaq üçün səbəb görmür

Amerika hökümətinin gömrük rüsumlarını ərtələnməsinə baxmayaraq, Çin ilə ticarət böhranında razılığa dair ciddi addımlar görünmür. Amerikanın ticarət naziri Vilbur Ross çərşənbə günü verdiyi açıqlamasında, Xalq Respublikasının sonuncu danışıqlarda razılıq vermədiyini deyib. Bəzi gömrük rüsumlarının tətbiqinin dekabr ayında kimi uzadılmasını  Ross ABŞ-da yeni il ticarəti fonunda narahatlıqla əlaqələndirib. 

Amerika prezidentinin ticarət müşaviri Peter Navarro isə müzakirələrə uzun müddətli perspektivdə baxmaq lazım olduğunu əlavə edib.  Donald Tramp yarımçıq razılaşmalara getməyəcəkdir. "Razılaşma üçün dərin, strukturlu və ölçülə bilən dəyişikliklərə ehtiyac vardır. Bunlar olmadıqca, Çin ilə yarı yolda razılaşmaq olmaz. Əks təqdirdə, bugünə kimi olduğundan yarısı qədər olsa da oğurlamağa davam edəcək və Amerikalıları öldürəcəklər", deyə Ross "Fox Business"-də danışıb. 

Bu açıqlamalardan sonra Amerika birjalarında qiymətlər ucuzlaşmağa başlayıb. 

Qeyd etmək lazımdır ki, iki ölkə arasında çərşənbə axşamı telefon danışığının baş tutmasından sonra gələcək iki həftədən sonra növbəti telefon danışığının olacağı planlaşdırılır. Tramp telefon danışığını "çox məhsuldar" dəyərləndirmişdir.