ABŞ: Çinin ticarət layihələri fonunda ehtiyatlı olun

02 Avqust 2019

Amerikanın xarici işlər naziri Mayk Pompeo cənub-şərq ölkələrini Çin ilə ticarətə güvənmək fonunda xəbərdarlıq edib.

ABŞ: Çinin ticarət layihələri fonunda ehtiyatlı olun

Amerikanın xarici işlər naziri Mayk Pompeo cənub-şərq ölkələrini Çin ilə ticarətə güvənmək fonunda xəbərdarlıq edib. Cümə günü Banqkokda baş tutan xarici işlər nazirlərinin toplantısında Mayk Pompeo İndoneziya, Vyetnam və Taylandı milli suverenliklərini qorumağa çağırıb və ABŞ ilə sıx əməkdaşlığa dəvət edib. Çin ilə müqayisədə amerikalı investorlar "hökümətə, partiyaya və ya ölkənin imperial maraqlarına" xidmət etmirlər. 

Pompeo Taylandda baş tutan ASEAN ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra cümə günü Avstraliyaya səfər edəcəkdir. 

Qeyd etmək lazımdır ki, Pompeonun açıqlaması Donald Trampın Çinə qarşı yeni sanksiyalar ilə bağlı bəyanatından sonraya təsadüf edir. ABŞ uzun müddətdir Çinin "Yeni ipək yolu" layihəsinin digər ölkələr üçün borc tələsinin olduğunu iddia edir.