ABŞ-da 225 min nəfər işsizlik müavinətinin istənilməsi

14 Mart 2019

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq önəmli məlumatlar arasında Amerikanın əmək bazarına dair göstəricilər də yer alır.

ABŞ-da 225 min nəfər işsizlik müavinətinin istənilməsi
Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da işsizlik müavinəti üçün müraciət ərizələrinin sayı ilə bağlıdır. Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq statistik rəqəmlərə baxdıqda müraciət ərizələrinin sayının 225 min olacağı ehtimal edilir. Qeyd edək ki, ötən həftə bu göstərici 223 min ərizə sayı təşkil edirdi. Proqnozlar öz təsdiqini taparsa, dolların dəyər itirəcəyi ehtimal edilir.