ABŞ-da borc limitinə ilin II yarısında çatıla bilər

01 May 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın borc limiti yenidən investorların diqqət mərkəzindədir və limitin qırılması defolt təhlükəsi yarada bilər.

ABŞ-da borc limitinə ilin II yarısında çatıla bilər

Amerikanın maliyyə nazirliyinin çərşənbə günü verdiyi açıqlamaya əsasən, konqres reaksiya daha tez davranmasa, borc limitinə 2019-ci ilin ikinci yarısında çatıla bilər. 


Bununla yanaşı, ikinci rübdə istiqraz buraxılışı da azaldıla bilər və bu, borc limitinin məhdudlaşdırılması deməkdir. 


Qeyd etmək lazımdır ki, 2019-cu ilin mart ayında Amerikada borc səviyyəsi 22 trilyon dollar olub. 2017-ci ilin statistikasına əsasən, 20 trilyon dollar borc səviyyəsinə çatılanda, bunun 5.54 trilyonu daxili və 14.62 trilyon dolları isə özəl və hüquqi şəxslərin payına düşürdü. Xarici ölkələrin paylarına baxdıqda isə 1.2 trilyon dollar ilə Çin birinci, 1.1 trilyon dollar ilə Yaponiya ikinci, 0.3 trilyon dollar ilə isə İrlandiya üçüncüdür. Qalan dördüncü və beşinci yerləri Braziliya və Kayman Adaları tutur. 0.1 trilyon dollar ilə Rusiya 14-cü yerdədir.