ABŞ-da boş iş yerlərinin sayı 7.6 milyona çatdı

15 Mart 2019

Bu gün böyük maraqla gözlənilən fundamental məlumatlar arasında Amerikada boş iş yerlərinin sayında sürpriz artımı göstərən göstəricilər açıqlanıb.

ABŞ-da boş iş yerlərinin sayı 7.6 milyona çatdı

Amerikanın statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə boş iş yerlərinin sayı yanvar ayında 7.479 milyondan 7.581 milyona yüksəlib.  


Mütəxəssislər göstəricinin 7.310 milyona kimi azalacağı proqnozlaşdırırdılar. Beləliklə, artım proqnozdan yüksək olub. 


Göstərici (ing.: "JOLTS", Job Openings and Labor Turnover Survey) ) Amerikada 16 000 şirkətin cəlb olunduğu sorğuya əsasən hazırlanır və aylıq olaraq dərc edilir. Sorğuya cəlb olunan şirkətlər ticarət, sənaye və xidmət sektorunu əhatə edir. 


Göstəricinin artması müsbət iqtisadi tendensiyaya işarədir. Lakin bununla bərabər işsizlik səviyyəsi də artarsa, bu, əmək bazarında tarazlığın pozulmasını və ixtisaslı kadrların çatışmazlığını göstərir. 


Ümumilikdə isə "JOLTS" indikatorunda artım müsbət qiymətləndirilir və dolların bahalaşmasına təsir edir. 


Qeyd etmək lazımdır ki, yanvar ayında ABŞ-da işsizlik 3.9%-dən 4.0%-ə yüksəlmiş, fevral ayında 3.8%-ə düşmüşdü.