ABŞ-da büdcə problemi həll olunmaq üzrə

12 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümətində davam edən büdcə böhranın həll olunmasına dair müsbət xəbərlər yayılmaqdadır.

ABŞ-da büdcə problemi həll olunmaq üzrə

Bu gün ABŞ-ın Demokratik və Respublika partiyalarının rəhbərləri ABŞ ilə Meksika arasındakı dövlət sərhədinin qorunması proqramının maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər.


Nümayəndələr komitəsinin ödənişlər palatasının rəhbəri Riçard Şelbinin sözlərinə görə, saziş demək olar ki əldə edilib, lakin senator hər hansı bir məlumat verməyib. O, yalnız "razılaşma" çərçivəsində qeyd olunduğu qədər məbləğin ayrıla biləcəyini bildirib.



Xatırladaq ki, cümə günü Donald Trampın ABŞ federal hökumətinin müvəqqəti maliyyələşdirilməsi haqqında fərmanı başa çatır. Ağ Ev və Konqres bu dəfə də büdcə ilə razılaşmayacaqsa, yeni bir gərgin dövr başlaya bilər və ya ABŞ prezidentinin sözlərinə görə, ölkədə fövqəladə vəziyyət tətbiq oluna bilər.


Bu xəbər birjada indekslərin bahalaşmasına səbəb olub.