ABŞ-da əmək bazarında artımlar

11 İyul 2019

İşsizlik müavinətləri üçün müraciətlərin sayı keçmiş həftə ərzində 18 apreldən bu yana ən aşağı səviyyəyə gerilədi.

ABŞ-da əmək bazarında artımlar

ABŞ-da həftəlik işsizlik müavinətləri üçün müraciətlərin sayı son həftədə 13 min azalaraq 222 mindən 209 minə endi.

Beləliklə, işsizlik müavinətləri üçün müraciətlərin sayı keçmiş həftə ərzində 18 apreldən bu yana ən aşağı səviyyəyə gerilədi. 18 apreldə açıqlanan statistikaya görə 193 min olan müraciət sayı 3 iyulda 229 minlik göstərici ilə ən yüksən həddə çatdıqdan sonra bu həftə son 12 həftənin ən aşağı həddini yaratdı.

4 həftə ərzində işsizlik müavinətləri üçün müraciətlərin sayı ortalama 219 min  oldu.

Keçən həftə açıqlanan “NFP” 224 minlik nəticə ilə gözləntiləri xeyli üstələmişdi. Bugünki işsizlik müavinətləri üçün müraciətlərin sayı məşğulluq bazarının güclü olduğunu təsdiqlədi.