ABŞ-da əmək haqlarında zəif artım

01 Noyabr 2019

Əmək bazarında işsizliyin artması və əmək haqlarında aylıq artım dinamikasının zəifləməsi, inflyasiya göstəricilərinə də mənfi təsir edə bilər.

ABŞ-da əmək haqlarında zəif artım

Amerikanın əmək bazarında işsizlik 0.1% artmaqla yanaşı, əmək haqlarında aylıq artım dinamikası da zəifləyib. Bu, azalan inflyasiya göstəricilərinə də gələcəkdə mənfi təsir edə bilər. 

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, oktyabr ayı ərzində məşğulların sayı 128 min nəfər artsa da işsizlik 3.5%-dən 3.6%-ə yüksəlib. İqtisadçılar işsizlik səviyyəsində dəyişiklik gözləmir, qeyri-kənd təssərrüfatı sahələrində isə yalnız 89 min nəfərlik artım proqnozlaşdırırdılar. 

Bununla yanaşı, sentyabr ayında artım müşahidə edilməyən aylıq əmək haqları göstəricilərində oktyabrda 0.2%-lik artım qeydə alınıb. İllik artım dinamikası isə 3.0% səviyyəsində qərarlaşıb. Mütəxəssislər illik göstəricidə dəyişiklik proqnozlaşdırmasalar da aylıq artım dinamikasının 0.3%-ə çatacağını ehtimal edirdilər.