ABŞ-da gəlirlər artımla açıqlandı

28 İyun 2019

ABŞ-da mayı ayı üçün şəxsi gəlirlər, fərdi xərclər və şəxsi istehlak xərcləri indeksi açıqlanmışdır.

ABŞ-da gəlirlər artımla açıqlandı

Fərdi xərclər 0,4% səviyyəsində idi, aprel ayı məlumatları isə 0,6% -ə qədər düzəldilmişdir. Fərdi gəlir 0,5% olaraq açıqlandı. Amma proqnozlar 0,3% olaraq qedy edilirdi. Şəxsi istehlak xərcləri indeksi aylıq 0,2%, illik isə 1,6% oldu.


Fərdi gəlir və xərclərin artması istehlakı dəstəklədiyindən və inflyasiyaya səbəb olduğundan əhəmiyyətli bir göstəricidir.May ayındakı bu artım müsbət hal olsa da, inflyasiyaya dəstək olan digər göstəricilərin zəifləməsi və hədəf səviyyə olan 2%-in altında qalmaqda davam etdiyi üçün FED - in faiz siyasətində dəyişikliklər getməsini labüd edir.