ABŞ-da idxal 2% artıb, ixrac 2% azalıb

06 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın xarici ticarəti ilə bağlı açıqlanan mənfi fundamental məlumatlar investorların diqqət mərkəzindədir.

ABŞ-da idxal 2% artıb, ixrac 2% azalıb

Amerikanın xarici ticarət dövriyyəsində mənfi saldo son doqquz ayın maksimum səviyyəsinə çatıb. 


ABŞ-ın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, dekabr ayında idxal həcmi 2.1% artmaqla, ixrac həcmi isə 1.9% azalmaqla, mənfi saldonun 18.9% artmasına səbəb olub. 


Belə ki, idxal həcmi 264.9, ixrac həcmi isə 205.1 milyard dollar olub və beləliklə, mənfi saldo 59.8 milyard dollara yüksəlib. Bu isə 2008-ci ilin avqust ayından etibarən ən yüksək səviyyədir. 


Xarici ticarət balansında saldo müəyyən dövr ərzində idxal ilə ixrac arasında fərqi göstərir. İqtisadçılar yalnız 57.9 milyard dollara kimi artım proqnozlaşdırırdılar.