ABŞ-da idxal dəyərində daha çox artım

03 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın xarici ticarət dövriyyəsində mənfi saldonun yüksək olması dollara olan tələbin azalmasına səbəb ola bilər.

ABŞ-da idxal dəyərində daha çox artım

Amerika hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, may ayında xarici ticarət balansında mənfi saldo 51.2 milyard dollardan 55.5 milyard dollara çatıb. Buna səbəb idxal həcminin ixrac ilə müqayisədə daha çox artmasıdır. 


Çərşənbə günü yayımlanan statistik göstəricilərə görə, may ayında ixrac 210.6 milyard dollara kimi 4.2 milyard dollar, idxal isə 266.2 milyard dollara kimi 8.6 milyard dollar artıb. 


Qeyd etmək lazımdır ki, gömrük rüsumlarının artırılması, idxal olunan məhsulların qiymətlərinin də bahalaşmasına təsir edir. Bu da öz növbəsində ticarət balansında mənfi saldonun artmasına təsir etməkdədir. 


ABŞ höküməti mənfi ticarət hesabının qarşısını almaq üçün proteksionist yollarla idxalın qarşısını almağa çalışır. Lakin açıqlanan göstəricilərin bunun faydalı olmadığını göstərir. Belə ki, 2019-ci ildə qeydə alınan ticarət hesabında mənfi fərq son 10 ilin ən yüksək səviyyəsinə çatıb.