ABŞ-da idxal kəskin azalıb

02 Aprel 2020

Amerikada idxalın kəskin azalması, mənfi saldosunun da azalmasına səbəb olmaqdadır.

ABŞ-da idxal kəskin azalıb

Amerikanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında ixrac 207.5, idxal 247.5, mənfi saldo 39.9 milyard dollar olub. Sözügedən göstəricilər yanvar ayında müvafiq olaraq 208.6, 253.9 və 45.5 milyard dollar olmuşdu. 

Mütəxəssislər isə ticarət saldosunda mənfi balansın yalnız 40 milyard dollara kimi azalacağını proqnozlaşdırırdılar.