ABŞ-da inflyasiyada artım ehtimalları

10 May 2019

Dünya bazarlarında bu gün investorların diqqət mərkəzində olan önəmli göstəricilər arasında Amerikanın inflyasiyasına dair göstəricilər də yer alır.

ABŞ-da inflyasiyada artım ehtimalları

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da infilyasiya səviyyəsi ilə bağlı statistik rəqəmlərin açıqlanması gözlənilir. 


Qeyd edək ki, aprel ayında ABŞ-da istehlak qiymətləri indeksinin aylıq müqayisədə dəyişməyəcəyi ehtimal edilsə də, illik müqayisədə isə 1.9%-dən 2.1%-dək artması proqnozlaşdırılır. 


İstehlak qiymətlərinin baza indeksinin isə aylq müqayisədə 0.1%-dən 0.2%-dək, illik müqaisədə isə 2.0%-dən 2.1%-dək artması ehtimal edilir.