ABŞ-da inflyasiya 1.5%-ə düşüb

12 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən ABŞ-ın inflyasiya göstəriciləri proqnozlaşdırılandan daha pis açıqlanıb.

ABŞ-da inflyasiya 1.5%-ə düşüb

ABŞ-da illik inflyasiya azalmaqda davam edir və fevral ayında baza indeksi də azalmağa başlayıb. 


Amerika hökümətinin açıqladığı rəsmi statistik məlumatlara əsasən, istehlak qiymətləri indeksi fevral ayında aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 1.5% artıb. Bu yanvar ayının 1.6%-lik illik dinamikasından aşağıdır və mütəxəssislər də dəyişikliyin olacağını proqnozlaşdırmırdılar. 


İnflyasiyanın illik baza indeksində də dəyişikliyin olmayacağı ehtimallarına baxmayaraq, 2.1%-ə kimi 0.1%-lik azalma olub. Noyabr və yanvar ayları ərzində göstərici 2.2%-də möhkəmlənmişdi. 


Qeyd etmək lazımdır ki, 2018-ci ilin avqust ayından ABŞ-da illik inflyasiya azalmağa başlayıb. İyul ayında inflyasiya 2.9%-ə çatmışdı.