ABŞ-da inflyasiya azaldı, dollar ucuzlaşır

13 Sentyabr 2018

Amerikada inflyasiyanın son 4 ayın minimum səviyyəsinə kimi azalması, FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedə biləcəyi gözləntilərini azaldır.

ABŞ-da inflyasiya azaldı, dollar ucuzlaşır

Amerikanın statistika idarəsinin cümə axşamı verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi avqust ayında illik müqayisədə 2.7% artıb. Bu son dörd ayın minimum səviyyəsi hesab edilir. Buna baxmayaraq, göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində artmaqda davam etdiyinin şahidi oluruq. Analitiklər isə illik inflyasiyanın 2.9%-dən yalnız 2.8%-ə kimi azalacağını proqnozlaşdırırdılar. İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.3%-lik ehtimalları qarşılığında 0.2% artıb. 


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində də illik artım dinamikası 2.4%-dən 2.2%-ə düşüb. Burada isə göstəricinin 2.4% səviyyəsində möhkəmlənəcəyi gözlənilirdi. Aylıq müqayisədə da baza indeksində artım (0.1%) gözləntilərdən (0.1%) daha aşağı olub.


Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşaraq avqust ayının minimum səviyyəsini qırıb. 


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında FED-in cari ilin sonuna kimi əlavə olaraq iki dəfə faiz artımına gedə biləcəyi gözləntiləri, dolların avqust ayında son bir ilin maksimum səviyyəsinə kimi bahalaşmasına səbəb olmuşdur. Lakin son zamanlar bu gözləntilərin zəifləməsi, dolların 3%-ə kimi ucuzlaşmasına səbəb olmuşdur.