ABŞ-da inflyasiya gözləniləndən yüksək açıqlandı

14 Sentyabr 2017

Neft qiymətlərinin 15% bahalaşması, Amerikada inflyasiyaya müsbət təsir edir.

ABŞ-da inflyasiya gözləniləndən yüksək açıqlandı

Amerikanın statistika idarəsinin cümə axşamı verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi avqust ayında illik müqayisədə 1.9% artıb. Analitiklər isə illik inflyasiyanın 1.7%-dən yalnız 1.8%-ə kimi artacağını proqnozlaşdırırdılar. 

İllik inflyasiyanın 1.7%-dən 1.9%-ə kimi artmasına səbəb isə enerji bazarlarında son günlər müşahidə edilən neft qiymətlərində bahalaşma təsir edib. Belə ki, neft və ərzaq qiymətləri istisna olmaqla hesablanan baza indeksi, 1.7%  səviyyəsində qalıb. Aylıq müqayisədə inflyasiya 0.4% artıb. 

Qeyd etmək lazımdır ki, Avropanın Brent neftinin bir barel qiyməti avqust ayında iyul ayı ilə müqayisədə (57$-dan) 53$-a kimi 15.2% bahalaşmışdır. Bu isə bir daha dünya birjalarında neft qiymətlərində volatilliyin Amerikanın inflyasiyasına güclü təsir etdiyini göstərir.