ABŞ-da inflyasiya neft qiymətləri ilə yüksəlib

10 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən ABŞ-ın inflyasiyasına dair fundamental göstəricilər iqtisadiyyatda risklərə işarədir.

ABŞ-da inflyasiya neft qiymətləri ilə yüksəlib

Amerikada neft qiymətlərinin bahalaşması inflyasiyada artımın proqnozları üstələməsinə səbəb olub. 


ABŞ hökümətinin açıqladığı rəsmi göstəricilərə əsasən, istehlak qiymətləri indeksi mart ayında 1.9%, baza indeksi isə 2.0% artıb. Fevral ayında göstəricilər müvafiq olaraq 1.5 və 2.1% olmuşdu və mütəxəssislər illik inflyasiyanın yalnız 1.8%-ə yüksələcəyini, baza indeksinin isə 2.1% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. 


Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Beləliklə, neft qiymətlərindən asılı göstəricinin artması, baza indeksinin azalması iqtisadiyyatda risklərə işarədir. 


Qeyd etmək lazımdır ki, baza indeksi 2.0% ilə son bir ilin minimum səviyyəsinə düşüb.