ABŞ-da inflyasiya proqnozlardan zəif azalıb

13 Fevral 2019

Dünya maliyyə bazarlarında treyderlər tərəfindən böyük maraqla gözlənilən göstəricilər müsbət açıqlanıb və dolların qiymətlərinə müsbət təsir edə bilər.

ABŞ-da inflyasiya proqnozlardan zəif azalıb

Amerikada inflyasiya proqnozlardan zəif azalıb. Belə ki, Amerikanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi illik müqayisədə 1.6% artıb. Bu göstərici dekabr ayında 1.9% olmuşdu. İqtisadçılar isə 1.5%-ə kimi azalma proqnozlaşdırırdılar. 


İstehlak qiymətlərinin baza indeksi isə ehtimalların əksinə olaraq, 2.2% səviyyəsində möhkəmlənib. Analitiklər burada 2.1%-ə kimi azalma proqnozlaşdırırdılar. 


Yayımlanan göstəricilər ümumilikdə müsbət qiymətləndirilir və foreks bazarlarında dolların qiymətlərinə müsbət təsir edə bilər.